Azedu.az

Magistraturaya qəbulda bu il hansı dəyişiklik ediləcək? – RƏSMİ

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

15 Fevral 2021, 14:02
Magistraturaya qəbulda bu il hansı dəyişiklik ediləcək? – RƏSMİ

 

 

 “Magistraturaya qəbul imtahanı qaydalarında ötən illə müqayisədə  hər hansı bir dəyişiklik nəzərdə tutulmur”.

 

 

Bu haqda AzEdu.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.

 

 

Magistraturaya qəbul imtahanı ilə bağlı danışan X.Xanlarzadə, prosesdə hər hansı dəyişikliyin olmadığını bildirib:

 

 

“Magistraturaya qəbul imtahanı qaydaları ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. İmtahan 1 mərhələli  keçiriləcək. Qəbul imtahanları Bakı, Naxçıvan Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində baş tutacaq”. 

 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə yanvarın 29-u keçirilən mətbuat konfransında imtahanların  birmərhələli, lakin 2 dəfə keçiriləcəyini açıqladı. Magistraturaya qəbul üçün I imtahana qeydiyyat 9-18 fevral tarixlərində aparılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox