Amerikanın Illinois Wesleyan Universiteti beynəlxalq tələbələr üçün bakalavr səviyyəsi üzrə sənəd qəbulu elan edir.
Universitet, burada təhsil almaq istəyən tələbələr üçün Merit – Based təqaüdləri, Prezident təqaüdləri və Need – Based maliyyə yardımı imkanlarını təqdim edir.
AzEdu.az xəbər verir ki, eyni zamanda tələbələr layihə təqaüdlərindən əlavə olaraq universitet tərəfindən maliyyələşdirilən təqaüdlər, kreditlər və kampusda iş imkanları əldə edə bilərlər.
Hansı səviyyə və ixtisaslar üzrə tələbə qəbulu mümkündür?
-Bakalavr səviyyəsinə istənilən ixtisas və fənn üzrə
Təqaüd sayı:
-Merit – Based(Ləyaqət əsaslı) təqaüdlər
-Prezident təqaüdü
-Need –Based (Ehtiyac əsaslı) təqaüdlər
Hansı tələbələr müraciət edə bilər?
-Universitet dünya üzrə bütün beynəlxalq tələbələr arasında qəbul aparır
Təqaüdün miqdarı nə qədərdir?
- Merit - Based təqaüdləri: Bu təqaüdlər illik 16.000 ABŞ dollarından 30.000 ABŞ dollar arasında dəyişir və 4 ilə qədər yenilənə bilər.
-Prezident təqaüdləri: Bunlar 4 illik təhsil müddətində yenilənə bilən tam təhsilli təqaüdlərdir.
Müraciətdə təqaüdlər üzrə tələblər nələrdir?
- Merit - Based təqaüdləri: Müraciət edənlər, təhsil səviyyəsində yüksək akademik müvəffəqiyyətə, qəbul üçün tələb olunan imtahanlarda topladıqları test ballarına sahib beynəlxalq tələbələr olmalıdır.
Prezident təqaüdləri: Müraciət edənlər istedadlarına, maraqlarına və akademik nailiyyətlərinə görə yüksək ixtisaslı beynəlxalq tələbə olmalıdırlar.
Təqaüdlər üzrə müraciət üçün nələr tələb edilir?
-Merit – Based təqaüdü üzrə qəbul üçün ərizəni göndərən tələbələr avtomatik olaraq təüd üçün dəyərləndirilir, təqaüd üçün ayrıca müraciətə ehtiyac yoxdur.
-Prezident təqaüdü üzrə qəbul üçün son müraciət tarixi 15 Fevral 2021-ci ildir.
-Need – Based təqaüdləri üzrə benəlxalq tələbələr ehtiyac əsaslı maliyyə yardımı almaq üçün CSS PROFILE təqdim etməlidirlər. Bu profil müraciət edən şəxsin maliyyə mənbələrinin, belə desək ehtiyac təqaüdünün ona verilməsi üçün maddi baxımdan ətraflı təhlilini təqdim edir. CSS PROFİLİNİ təqdim etmək üçün başlanğıc 1 yanvar 2021 tarixidir.
Ümumilikdə son müraciət tarixi 15 Fevral 2021-ci ildir.
Əlavə məlumat və ərizə formasını öyrənib müraciət etmək üçün buraya daxil ola bilərsiz.