Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə yanvarın 29-u keçirilən mətbuat konfransında magistratura imtahanına qeydiyyatın fevralıb 9-dan başlayacağını açıqladı. Həmçinin imtahanın 1 mərhələli təşkil olunacağını da vurğuladı. İmtahanların 1 mərhələli, lakin 2 dəfə keçirilməsi nəzərdə tutulur.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, namizədlər mütləq fevralın 9-dan 17-dək qeydiyyatdan keçib birinci imtahanda iştirak etməlidir. Çünki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq ikinci imtahan keçirilməyə də bilər.