"İyunun 8-dən 18-nə qədər magistratura səviyyəsi üzrə ixtisas seçimi aparılacaq”.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, ixtisaslara aid jurnalın bu həftəsonunu çap olunacağı gözlənilir:
“Qabiliyyət tələb edən ixtisaslar varsa, qeydiyyatdan keçmək lazım olacaq”.