2018-ci ildə ümumilikdə 10 nəfər bakalavr jurnalistika üzrə ixtisaslaşmaları seçmək məqsədilə qabiliyyət imtahanında iştirak edib.
AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
Qabiliyyət imtahanının nəticələrinə əsasən, 9 nəfər proqram seçimi zamanı 44-cü proqramı seçmək hüququ əldə edib və jurnalistika ixtisaslaşması üzrə magistraturaya qəbul olub.
Qəbul olan bakalavrlardan 6 nəfər bakalavriat səviyyəsində “Jurnalistika”, 1 nəfər “Xarici dil müəllimliyi”, 1 nəfər “Politologiya” və 1 nəfər “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alıb.