Azedu.az

Bakalavrların nəzərinə: qeydiyyat bu gün yekunlaşır

Magistratura

AMEA

23 Avqust 2019, 15:30
Bakalavrların nəzərinə: qeydiyyat bu gün yekunlaşır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 23-də başa çatır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bakalavrlar gün ərzində sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bakalavrlar tələb edilən sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Xatırladaq ki, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 15-dən aparılır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox