Əmək fəaliyyəti ilə məşğul olan bakalavrların magistraturaya ərizə verməsinə və imtahanda iştirak edib magistraturaya qəbul olmasına DİM tərəfindən hər hansı maneə qoyulmayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Məlumatda qeyd edilir ki, magistraturaya qəbul olduqdan sonra məsələ DİM tərəfindən deyil, işə götürən qurumla təhsil alacağınız ali təhsil müəssisəsi tərəfindən əmək qanunvericiliyi və digər normativ-hüquqi aktlara görə tənzimlənməlidir.
Xatırladaq ki, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi bu gün başa çatır.
II mərhələ üzrə imtahanlar mayın 26-da təşkil olunacaq.