Azedu.az

Magistratura imtahanlarının keçiriləcəyi məkanlar – Tezliklə bu ünvanda  

14 Fevral 2019, 16:24
Magistratura imtahanlarının keçiriləcəyi məkanlar – Tezliklə bu ünvanda  

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsinin keçiriləcəyi imtahan məntəqələri yaxın günlərdə dim.gov.az saytında yerləşdiriləcək.

AzEdu.az xəbər verir ki, bakalavrlar bölgələr üzrə hansı məntəqələrdə imtahan verəcəklərini yaxın günlərdə öyrənə biləcəklər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsinin fevralın 24-də, ikincisinin isə mayın 26-da keçirilməsi planlaşdırılır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox