“Magistr ” jurnalının 1-ci nömrəsi sabah nəşr olunacaq.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzi Magistratura sektorunun müdiri Məhəbbət Ələkbərli məlumat verib.
Məlumatda qeyd olunur ki, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydalarına aid rəsmi sənədlər və metodiki materiallar dərc olunacaq.
Jurnal iki dildə - Azərbaycan və rus dillərində çap olunacaq.
Qeyd edək ki, “Magistr ” jurnalının 2-ci nömrəsinin nəşri 1 həftədən sonraya planlaşdırılıb.