Azedu.az

Cənub bölgəsində bu qədər gənc müəllim İŞLƏYİR

Lənkəran-Astara Regional Təhsil İdarəsi

8 Oktyabr 2025, 09:11
Cənub bölgəsində bu qədər gənc müəllim İŞLƏYİR

Cəmiyyətin inkişaf tempinə uyğun olaraq təhsil sektorunda da gənc mütəxəssislərin rolu durmadan artır. Bu baxımdan 25-30 yaş aralığında olan müəllimlərin fəaliyyəti xüsusi diqqət mərkəzindədir. Belə ki, bu yaş kateqoriyasına daxil olan təhsilverənlər adətən, təzə ali məktəb məzunları və ya iş fəaliyyətinin ilk mərhələsində olan müəllimlərdir. Onların peşəyə yanaşması, motivasiya səviyyəsi və ixtisas seçimi təhsilin keyfiyyətinə birbaşa təsir göstərir.

Maraqlıdır, yaş həddi 25-30 arasında olan müəllimlərin ümumi sayı nə qədərdir?

Mövzu ilə bağlı AzEdu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində ümumtəhsil məktəblərdə yaş həddi 25-30 arasında olan ümumilikdə 2166 müəllim fəaliyyət göstərir:

"Belə ki, bu fənn müəllimləri arasında Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, informatika, coğrafiya, texnologiya, riyaziyyat, tarix, təsviri incəsənət və ingilis dili müəllimləri çoxluq təşkil edir".

Qeyd edək ki, ölkə üzrə təxminən 300 minə yaxın təhsilverən fəaliyyət göstərir.

ŞOK İDDİA! Putin rus deyil, 2 türk oğlu var
Son xəbərlərDaha çox