Azedu.az

Lənkəranda şagird və işçiyə zorakılıqda edən şəxs işdən çıxarıldı

Lənkəran-Astara Regional Təhsil İdarəsi

24 Sentyabr 2025, 10:17
Lənkəranda şagird və işçiyə zorakılıqda edən şəxs işdən çıxarıldı

Lənkəran rayonunun M.Qarayev adına Zövlə kənd orta məktəbində qalmaqallı hadisə baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə həm şagirdin, həm də məktəbin texniki işçisinin döyüldüyü əks olunub. Zorakılıq edən şəxsin məktəbin direktor müavini olduğu bildirilir.

Məsələ ilə bağlı AzEdu.az Lənkəran- Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

Ukraynadan dağıdıcı hücum - Rusiya alovlar içində
Son xəbərlərDaha çox