Son illərdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yenidən qurulması və yeni bağçaların tikintisi istiqamətində mühüm addımlar atılıb. Regionlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti əsaslı təmir olunub, uşaqların təlim-tərbiyəsi və sosial inkişafı üçün müasir standartlara uyğun şərait yaradılıb.
Belə ki, təhsilin erkən mərhələsində uşaqların inkişafına önəm verən dövlət proqramları çərçivəsində məktəbəqədər təhsil sisteminin əhatəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.
Hazırda regionlarda neçə bağça fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində ümumilikdə 122 bağça fəaliyyət göstərir:
Belə ki, Lənkəranda 51, Yardımlıda 4, Lerikdə 13, Cəlilabadda 20, Masallıda 18 və Astarada 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmçinin bu il ilk dəfə istifadəyə verilən 1 bağçamız var. Bu bağça Masallı rayonunda yerləşir".
Qeyd edək ki, ötən il Cəlilabadda 20, Masallıda 17, Lənkəranda 51, Astarada 16, Lerikdə 13 və Yardımlıda 4 bağça fəaliyyət göstərib.