Azedu.az

Cənub bölgəsi üzrə ən yaxşı MƏKTƏBLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsi

21 İyun 2025, 15:51
Cənub bölgəsi üzrə ən yaxşı MƏKTƏBLƏR

Lənkəran - Astara regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Astara rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1046 şagird bitirib və onların 1039 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 47 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.

 

Cəlilabad rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1913 şagird bitirib və onların 1896 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 98 nəfəri 500-dən, o cümlədən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında 7 saylı şəhər, Babalı kənd və Əliqasımlı kənd tam orta məktəbini qeyd etmək olar.

 

 

Lerik rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 388 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 20 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb

 

Bu məktəblərdən Nuravud kənd, Biləvər kənd, Gürdəsər kənd, Murya kənd, Orand kənd və Lüləkəran kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

 

 

Lənkəran rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 2076 şagird bitirib və onların 2062 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 147 nəfəri 500-dən, o cümlədən 49 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında Şürük kənd, 9 və 10 saylı şəhər tam orta məktəblərini qeyd etmək olar.

 

Masallı rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1777 şagird bitirib və onların 1758 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 128 nəfəri 500-dən, o cümlədən 33 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Bu il rayonun ən yaxşı məktəbləri sırasında Göyəçöl kənd, Şərəfə kənd, Bambaşı kənd və Mollahəsənli kənd tam orta məktəblərini qeyd etmək olar.

 

Yardımlı rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 435 şagird bitirib və onların 433 nəfəri buraxılış imtahanında iştirak edib.

 

Rayonun məzunlarının 30 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şəfəqli kənd tam orta məktəbi daxil olub.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox