Azedu.az

Cənub bölgəsinin ən yaxşı MƏKTƏBLƏRİ

Lənkəran-Astara Regional Təhsil İdarəsi

25 İyun 2025, 15:34
Cənub bölgəsinin ən yaxşı MƏKTƏBLƏRİ

Lənkəran-Astara regionu üzrə respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Astara rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1046 şagird bitirib və onların 1039 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 47 nəfəri 500-dən, o cümlədən 9 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında 1 saylı şəhər tam orta məktəbini qeyd etmək olar.

Cəlilabad rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1913 şagird bitirib və onların 1896 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 98 nəfəri 500-dən, o cümlədən 27 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında 7 saylı şəhər, Babalı kənd və Əliqasımlı kənd tam orta məktəbini qeyd etmək olar.

Lerik rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 388 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 20 nəfəri 500-dən, o cümlədən 6 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında heç bir məktəb adı qeyd edilməyib.

Lənkəran rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 2076 şagird bitirib və onların 2062 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 147 nəfəri 500-dən, o cümlədən 49 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında Şürük kənd, 9 və 10 saylı şəhər tam orta məktəblərini qeyd etmək olar.

Masallı rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 1777 şagird bitirib və onların 1758 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 128 nəfəri 500-dən, o cümlədən 33 nəfəri 600-dən yuxarı bal toplayıb.

Bu il rayonun ən yaxşı məktəbləri sırasında Göyəçöl kənd, Şərəfə kənd, Bambaşı kənd və Mollahəsənli kənd tam orta məktəblərini qeyd etmək olar.

Yardımlı rayonu üzrə 2024-cü ildə rayonun ümumtəhsil müəssisələrini 435 şagird bitirib və onların 433 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 30 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Şəfəqli kənd tam orta məktəbi daxil olub.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox