Gənclərin gələcək karyerasında və cəmiyyətin inkişafında ali təhsil mühüm rol oynayan amillərdən biridir. Hər il minlərlə abituriyent ali məktəblərə qəbul olmaq üçün səy göstərir və onların əksəriyyəti ölkənin aparıcı təhsil müəssisələrinə üstünlük verir.
Maraqlıdır, Lənkəran-Astara regionu üzrə abituriyentlər ən çox hansı universitetlərə qəbul olub?
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) aldığı məlumata əsasən, Astara rayonu üzrə abituriyentlərin ən çoxu Lənkəran Dövlət Universitinə qəbul olub.
Cəlilabad rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universitinə qəbul olub.
Lerik rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Lənkəran Dövlət Universitinə qəbul olub.
Lənkəran rayonu üzrə abituriyentlərin ən çoxu Lənkəran Dövlət Universitinə qəbul olub.
Masallı rayonu üzrə abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Lənkəran Dövlət Universitinə qəbul olub.
Yardımlı rayonu üzrə abituriyentlərin ən çoxu Sumqayıt Dövlət Universitinə qəbul olub.