Azedu.az

Rayon müəllimləri üçün ali təhsil şansı - çıxış yolu distant model ola bilər

Kolleclər

Müəllimlər və elm adamları

13 Oktyabr 2025, 10:20
Rayon müəllimləri üçün ali təhsil şansı - çıxış yolu distant model ola bilər

Bir müddət əvvəl subbakalavrların ali məktəblərə qəbul prosesi ilə bağlı bəzi çətinlikləri gündəmə gətirmişdik. Məsələ onda idi ki, onların əksəriyyəti yalnız əyani formada təhsil ala bilir, bu isə işləyən şəxslər, xüsusilə də müəllimlər üçün ciddi problem yaradır.

İndi isə həmin mövzuya yenidən qayıdılaraq məsələ ilə bağlı praktik həll yolu təklifinə yönələk.

Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, "İlin gənc müəllimi" Əlihüseyn Yaqubov mövzu ilə bağlı AzEdu.az-a danışıb.

169890

"Subbakalavrların onlayn şəkildə universitetlərə qəbul olunması işləyən şəxslər üçün bu imkanı sıfıra endirir. Bəs bu təhsili distant (onlayn) təhsillə əvəz etsək, müsbət tərəfləri nə ola bilər? 

Bilirik ki, subbakalavrlar universitetlərə əsasən əyani qəbul edilir. Hazırda kolleclərə qəbulda pedaqoji ixtisasların məhdudlaşdırıldığını nəzərə alsaq, kollec bitirən müəllimlərin ali məktəblərə qəbul alıb oxuması prosesin inkişafında önəmli təkan olar. Təbii ki, bu təhsil pilləsi baxımından önəmlidir, kollec oxuyanlar arasında da kifayət qədər yüksək nəticə göstərən müəllimlər var".

Bəs distant təhsil bizə nə verəcək?

"Əvvala, müəllimlər, xüsusilə rayonlarda yaşayıb universitetlərə qəbul olan müəllimlər rahat təhsil almaq imkanı əldə edəckələr. 

Digər tərəfdən subbakalavrların əməkhaqqı dərəcəsi aşağı olduğundan ali təhsilli müəllimlər tərəfindən əvəzetmə həyata keçirilməyəcək, nəticədə hazırkı dövr üçün büdcədən əlavə maliyyə itkisi yaranmayacaq.

Subbakalavrların əksəriyyətinin işləməsi və ailəli olması onlara adi tələbələr kimi oxuduğu ərazidə yaşamaq yox, nisbətən yaxın məsafələrdən yol qət edib universitetlərə getmək məcburiyyəti yaradacaq. Nə qədər qəribə də olsa, bu, ekoloji baxımdan zərərlidir. Belə ki, hər gün onlarla avtomobil məsafə qət etməli olacaq ki, bu da külli miqdarda zərərli qazların havaya buraxılması deməkdir.

Ola bilər ki, universitetlərin onlayn təhsil üçün hələ tam resursu yoxdur, bu məsələni də subbakalavrların təhsil haqları hesabına həll etmək olar: məsələn, qəbul almış subbakalavrların təhsil haqlarını müəyyən qədər (bu məsələni müvafiq kommissiya daha yaxşı tənzimləyə bilər) qaldırmaqla qeyd edilən problemi məqsədəuyğun şəkildə həll etmək olar. Nəticə etibarilə onlayn təhsil almaq istəyən subbakalavrlar yol, kirayə, yemək xərcləməyəcək, univeristetlər isə əlavə resurs qazanmış olacaq. 

XXI əsrdə dünyaya inteqrasiya və inkişaf baxımından mühüm addımlar atılmış olacaq. Belə ki, orta balı yüksək olan subbakalavrlar əsasən öz ixtisasları və ya ona yaxın ixtisaslar qəbul olurlar. Deməli, bu ixtisasları ən azı orta səviyyədə, bir çox hallarda yüksək səviyyədə bilirlər. Deməli, ali təhsil təkmilləşmək üçün önəmlidir ki, bunu da onlayn şəkildə rahat etmək olar. 

Təbii ki, onlayn təhsil deyərkən bunu hibrid formaya da çevirmək olar: imtahanları əyani təşkil təşkil etmək, eləcə də ayda 1-2 dəfə şənbə və bazar günləri əyani dərs təşkil etmək olar ki, bu kimi hallar praktikada da mövcuddur. Məsələn, ADA Universitetinin bu formada həyata keçirilən magistr proqramı buna əla nümunədir.

Qeyd etdiyimiz proseslər həyata keçirilməyəcəyi halda subbakalavrların ali məktəbə qəbul edilməsi sadəcə sənəd üzərində qalacaq ki, bu da Avropa təhsili və beynəlxalq qiymətləndirmə ilə ayaqlaşmaq istəyən Azərbaycan təhsilində müəyyən təsirini saxlayacaq. Unutmayaq ki, təhsil qanunvericiliyində təhsilalma formalarının içərisində distant təhsil imkanları da açıq şəkildə əks olunub".

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox