Azedu.az

Kolleclərə əlavə qəbul üzrə qeydiyyat başladı

Kolleclər

9 Sentyabr 2025, 10:29
Kolleclərə əlavə qəbul üzrə qeydiyyat başladı

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbul olunmuş şəxslər //portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?
Son xəbərlərDaha çox