Azedu.az

Kolleclərdə təqaüd alan tələbələrin SAYI

Kolleclər

4 Sentyabr 2025, 17:26
Kolleclərdə təqaüd alan tələbələrin SAYI

Son illərdə dövlətə məxsus orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan tələbələrin sayı artsa da, təqaüd alan tələbələrin həm sayında, həm də ümumi tələbələrə nisbətində azalma müşahidə olunur.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, 2005–2006-cı illə müqayisədə 2024–2025-ci tədris ilində təqaüd alan tələbələrin faiz göstəricisi nəzərəçarpacaq dərəcədə azalıb.

Belə ki, 2005–2006-cı tədris ilində dövlət orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan tələbələrin ümumi sayı 43 303 nəfər olub. Bu tələbələrdən 24 318 nəfəri, yəni 56,2 faizi dövlət təqaüdü alıb.

2010–2011-ci tədris ilində isə ümumi tələbə sayı 41 478 nəfər təşkil edib. Onlardan 22 904 nəfəri təqaüdlə təmin olunub ki, bu da ümumi tələbələrin 55,2 faizi deməkdir.

2015–2016-cı tədris ilində əyani tələbələrin sayı 46 195 nəfərə yüksəlib. Lakin təqaüd alanların sayı 20 795 nəfər olub və bu, ümumi tələbələrin yalnız 45,0 faizini təşkil edib.

2020–2021-ci ildə tələbə sayı daha da artaraq 49 607 nəfərə çatıb. Onların 22 398 nəfəri təqaüd alıb. Bu dövrdə təqaüd alan tələbələrin ümumi tələbələrə nisbəti 45,2 faizdən də aşağı düşərək 41,0 faiz olub.

2023–2024-cü tədris ilində tələbə sayı 54 848 nəfər təşkil edib. Təqaüd alanların sayı isə 22 500 nəfər olub. Bu, ümumi tələbələrin 41,0 faizi deməkdir.

2024–2025-ci tədris ilində dövlət orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrin sayı 53 690 nəfər olub. Onlardan 22 236 nəfəri dövlət təqaüdü alıb və bu da ümumi tələbə sayının 41,4 faizini təşkil edib.

Statistik göstəricilər göstərir ki, son 20 il ərzində dövlət orta ixtisas təhsili müəssisələrində təqaüd alan tələbələrin ümumi sayında ciddi dəyişiklik olmasa da, onların ümumi tələbələrə nisbəti xeyli azalıb. Əgər 2005–2006-cı ildə bu göstərici 56,2 faiz idisə, 2024–2025-ci ilə gəldikdə bu faiz 41,4-ə enib. Bu tendensiya təqaüdlərin verilmə meyarlarında dəyişiklik, maliyyələşmə strategiyalarının yenilənməsi və digər səbəblərlə bağlı ola bilər.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox