Azedu.az

Son 4 ilin ən yüksək göstəricisi: Kolleclərə qəbul olanların sayı ARTIB

Kolleclər

4 Sentyabr 2025, 13:36
Son 4 ilin ən yüksək göstəricisi: Kolleclərə qəbul olanların sayı ARTIB

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 22237 şəxs ixtisas seçimi edib.

Belə ki, bu il müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 246 nəfər (o cümlədən 126 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 15662 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66% dolub. Cəmi 212 yer (1.34%) boş qalıb.

Bu rəqəm ötən illərdə necə idi?

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, 2024-cü il üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20827 şəxs ixtisas seçimi edib.

Belə ki, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12186 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38% dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.

2023-cü ildə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 15580 şəxs ixtisas seçimi edib.

Belə ki, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 395 nəfər (o cümlədən 207 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12464 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26% dolub. Cəmi 351 yer (2.74%) boş qalıb.

2022-ci il üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13853 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11846 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 94.99% dolub. Cəmi 625 yer (5.01%) boş qalıb.

Göründüyü kimi, 2025-ci il üzrə kolleclərə tələbə qəbulu həm iştirakçı sayı, həm də yerləşdirmə faizi baxımından son illərin rekordu olub. Plan yerlərinin 98.66%-nin dolması bu təhsil pilləsinə marağın ildən-ilə artdığını və təhsil siyasətində bu sahəyə yönəlik uğurlu addımların atıldığını göstərir. Eyni zamanda əvvəlki illərlə müqayisədə həm qəbul olunanların, həm də iştirak edənlərin sayında artım müşahidə olunur.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox