Azedu.az

30 ilin müqayisəsi: Azərbaycanda kollec təhsilinə maraq necə dəyişib?

Kolleclər

22 Avqust 2025, 09:32
30 ilin müqayisəsi: Azərbaycanda kollec təhsilinə maraq necə dəyişib?

Hər il tədris ilinin əvvəlində aparılan statistika Azərbaycanda dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrinin fəaliyyətindəki dəyişiklikləri və bu sahəyə olan marağı ortaya qoyur. Belə ki, 1990-cı ildən bu günə qədər olan göstəricilər bu sahədəki inkişafı, tənəzzülü və dinamikaları əks etdirir.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-2025-ci tədris ilinin əvvəlində ölkədə fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin sayı 63 olub. Bu göstərici 1990-1991-ci illə müqayisədə (78 müəssisə) azalma deməkdir. Tələbələrin ümumi sayı isə bu dövr ərzində 58,0 min nəfər təşkil edib. Müqayisə üçün, 1990-1991-ci illərdə bu rəqəm 58,8 min nəfər idi.

Təhsilin formalarına görə bölgüdə isə belə bir tendensiya müşahidə olunur. 2024-2025-ci ildə tam zamanlı (əyani) təhsil alanların sayı 39,3 min nəfər, qiyabi təhsil alanların sayı isə 18,7 min nəfər olub. Bu, əvvəlki illərlə müqayisədə müəyyən dəyişiklikləri ortaya qoyur. Məsələn, 2005–2006-cı illərdə əyani təhsil alanların sayı 42,6 min nəfər, qiyabi oxuyanlar isə 12,3 min nəfər idi.

Əhalinin hər 10000 nəfərinə düşən tələbə sayı da zamanla dəyişib. 1990-cı illərdə bu göstərici 83 idisə, 2024-2025-ci illərdə bu rəqəm 62-yə düşüb. Bu isə orta ixtisas təhsilinə marağın nisbətən azalması ilə izah oluna bilər.

Tələbə qəbulu göstəricilərinə gəlincə, son tədris ilində orta ixtisas təhsili müəssisələrinə 22,6 min nəfər qəbul olunub. Onlardan 16,2 min nəfəri əyani, 6,4 min nəfəri isə qiyabi təhsil formasını seçib.

Son 30 il ərzində Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin sayı azalsa da, tələbə qəbulu və təhsil formalarında nisbətən sabitlik müşahidə olunur. 

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox