Azedu.az

AzTU və ADNSU yalnız öz kolleclərinin subbakalavrlarını qəbul edəcək? - RƏSMİ

Kolleclər

Tələbələr

Universitetlər

11 Avqust 2025, 16:19
AzTU və ADNSU yalnız öz kolleclərinin subbakalavrlarını qəbul edəcək? - RƏSMİ

Son günlərdə sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki,  Azərbaycan Texniki Universiteti (AzTU)  və  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) yalnız öz nəzdində fəaliyyət göstərən kolleclərin məzunlarını subbakalavr kimi qəbul edəcək.

AzEdu.az mövzu ilə bağlı hər iki ali təhsil müəsisələrinə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentindən Elnur Hadıyevin verdiyi məlumata görə, təqdim olunan məlumatı ümumilikdə düzgün hesab etmək olar.

"Əlavə olaraq qeyd edə bilərəm ki, bu, gələcək üçün nəzərdə tutulub.

Belə ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində iki kollec fəaliyyət göstərir. Gələcəkdə isə universitet olaraq subbakalavr səviyyəsinə yalnız universitetin nəzdində fəaliyyət göstərən kolleclərdən tələbə qəbulu nəzərdə tutulur".

Azərbaycan Texniki Universitetindən (AzTu) verilən məlumata görə isə bu il AzTU-nun ixtisaslarını subbakalavr olaraq yalnız Bakı Texniki Kolleci və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin məzunları seçə bilər.

"Bu barədə "Abituriyent" jurnalının 4-cü sayında məlumat verilib".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox