Azedu.az

9 illik bazada kolleclərə ixtisas seçimi - Hər 4 nəfərdən biri qəbul olacaq

Kolleclər

31 İyul 2025, 09:58
9 illik bazada kolleclərə ixtisas seçimi - Hər 4 nəfərdən biri qəbul olacaq

Bu il 9 illik bazada kolleclərə qəbul əvvəlki illərlə müqayisədə daha çətin olacaq. Rəsmi rəqəmlərə əsasən, 2024-cü il üzrə plan yerlərinin sayı ötən illə müqayisədə ciddi şəkildə azalıb.

Təhsil və qəbul məsələləri üzrə ekspert Kamran Əsədov AzEdu.az-a bildirib ki, əgər 2023-cü ildə kolleclərə 10 min 930 plan yeri ayrılmışdısa, bu il bu göstərici 8 min 144-ə düşüb. Bu isə 2 min 786 yerin ixtisarı deməkdir. Nəticədə, qəbul prosesi əvvəlkindən daha rəqabətli olacaq.

"Bu il 9 illik baza üzrə kolleclərə sənəd təqdim edənlərin ümumi sayı 32 min 34 nəfərdir. Bu göstəricilər əsasında təxmini qəbul nisbətinə baxıldıqda, hər 4 nəfərdən yalnız biri tələbə adını qazanmaq şansı əldə edə bilər. Yəni qəbul ehtimalı təxminən 25 faiz təşkil edir.

Ən çox plan yeri artımı isə Bakı, Sumqayıt, Gəncə şəhərlərində və subbakalavr formasında təqdim edilən ixtisaslarda müşahidə olunacaq".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox