Azedu.az

Abituriyentlərin nəzərinə - Yeni ixtisas yaradıldı

25 Mart 2018, 07:36
Abituriyentlərin nəzərinə - Yeni ixtisas yaradıldı

Azərbaycanın ali təhsil müəssisələrində “İslamşünaslıq” ixtisası yaradılıb.

AzEDU.az “Report”a istinadən xəbər verir ki, Nazirlər Kabineti “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, təsnifatın “Humanitar və sosial ixtisaslar qrupu” bölməsinə “İslamşümaslıq” ixtisası əlavə edilib. İndiyə qədər isə yalnız “Dinşünaslıq” ixtisası tədris olunub.

Nazirlər Kabineti bu dəyişikliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq edib.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox