Azedu.az

Abituriyentlərin nəzərinə! – Keçid balları ilə bağlı informasiyalara İNANMAYIN

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Tələbə və şagird

15 Fevral 2024, 14:05
Abituriyentlərin nəzərinə! – Keçid balları ilə bağlı informasiyalara İNANMAYIN

“Abituriyentlər rəsmi olmadan balların artması və ya azalması barədə heç bir xəbərə inanmasınlar”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev bildirib.

 

Qeyd edib ki, keçid ballarla bağlı yayılan informasiyalar abituriyentlərin dərsə hazırlanma prosesinə təsir edir:

 

“Ortada bir məsələ var. Sosial şəbəkələrdə bəzən məlumatlar doğru paylaşılmır.  Məsələn bəzi təhsildən anlayışı olmayan insanlar bu il balların artıb və ya azalacağı haqqında proqnoz verirlər. Balların aşağı düşməsi xəbərini alan  abituriyentlərdə artıq rahatlıq hissi oyanmağa başlayır. Yaxud balların qalxacağı xəbəri abituriyentlərdə və valideynlərdə narahatlığa səbəb olur. Bu narahatlıqda ilk növbədə abituriyentlərin hazırlaşma prosesinə birbaşa təsir göstərir.

 

Son 2-3 ildə  I, II və III ixtisas qruplarına qəbulda müəyyən dəyişikliklər edildi. Hesab edirəm ki, qruplar arasında yaranan ixtisas dəyişimi müəyyən mənada abituriyentlərə kömək. Altqrupların yaranması abituriyentlərin yaxşı bildiyi fənlər üzrə imtahan vermələrinı imkan yaratdı.

 

Hazırda yaşadığımız dövrdəki gənclər hər bir nəticəyə qısa yoldan çatmağa çalışırlar. Düşünürəm ki, psixoloji baxımdan yaranan dəyişiklik birbaşa texnologiyanın inkişafı ilə əlaqəlidir. Tövsiyə edirəm ki, abituriyentlər rəsmi olmadan balların artması və ya azalması barədə heç bir xəbərə inanmasınlar”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox