Azedu.az

“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"na yeni ixtisas əlavə olunub

Kolleclər

Maraqlı

Müəllimlər və elm adamları

3 Fevral 2024, 14:46
“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı

Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.

 

AzEdu.az xəbər verir ki, dəyişikliklə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı "nda səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisas əlavə olunub.

 

Həmin ixtisas optometriyadır.Qeyd edək ki, bu, göz həkimliyi ilə bağlı ixtisasdır. Optometristlər göz sahəsində ixtisaslaşmış tibb işçiləridir. Onlar göz xəstəlikləri olan xəstələrin görmə keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan insanlardır.

 

Optometrist peşəsi oftalmoloqla qarışdırılır. Halbuki ikisi çox fərqli peşələrdir. Optometristlər həm də xəstələrə kontakt linzaları və eynəkləri tövsiyə etmək və satmaq hüququ olan insanlardır.

 

Optometristlər çox vaxt özəl praktikada işləməyə üstünlük verirlər.Optometristlərin əsas vəzifəsi görmə keyfiyyətini yaxşılaşdırmaqdır. Lakin onların vəzifələri bununla məhdudlaşmır.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox