30.01.2024-cü il tarixində Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Nəcəfzadə Xumar Uqab qızı imtahandan sonra halı pisləşib və dünyasını dəyişib.
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Agentliyindən məlumat verilib.
Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.
Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.