Magistratura səviyyəsi üzrə sınaq imtahanında istifadə olunmuş test tapşırıqlarının izahları açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, 14 yanvar 2024-cü il tarixində keçirilmiş sınaq imtahanında istifadə olunan test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.
(Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).