Azedu.az

Sabahdan kolleclərə sənəd qəbulu başlayır  

Kolleclər

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

13 Avqust 2023, 17:40
Sabahdan kolleclərə sənəd qəbulu başlayır  

Sabah saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.

 

Bildirilir ki, müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

 

Qeydiyyat prosesi avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

 

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox