Azedu.az

Maliyyə-İqtisad Kolleci tələbə qəbulu elan edir

Kolleclər

Universitetlər

Maraqlı

11 Avqust 2023, 14:29
Maliyyə-İqtisad Kolleci tələbə qəbulu elan edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Maliyyə-İqtisad Kolleci 2023/2024-cü tədris ili üzrə tələbə qəbulu elan edir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, qeydiyyat onlayn qaydada //portal.edu.az/ platforması vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzi (DİM) (//dim.gov.az) tərəfindən müəyyən edilən müddətdə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

 

Müəyyən olunmuş müddətdə //portal.edu.az-da qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbuldan imtina etmiş şəxs hesab edilir və onun barəsində qəbul əmri verilmir.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox