Azedu.az

Sabah Şuşada Qlobal Media Forumu başlayır

Kolleclər

Universitetlər

Maraqlı

Müsahibə

21 İyul 2023, 10:55
Sabah Şuşada Qlobal Media Forumu başlayır


Sabah, iyulun 22-də Şuşa şəhərində “IV Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu keçiriləcək.

 

 

AzEdu.az  xəbər verir ki, toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.

 

Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.

 

Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.

 

Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi “side event”lərin (paralel tədbirlərin) - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.

 

Forum iyulun 23-ü axşama qədər davam edəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox