"Təhsil İqtisadiyyatının Monitorinqi" jurnalının yeni nömrəsində deyilir ki, Rusiyada valideynlərin böyük əksəriyyəti (80%) övladlarının ali təhsil almasını istəyir.
AzEdu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, valideynlərin əksəriyyəti (40%) hesab edir ki, övladları üçün bakalavr və ya mütəxəssis təhsili kifayətdir.
Rəyi soruşulanlardan 25%-i övladının magistratura, 4%-i aspirantura, 8%-i iki ali təhsil almasını istəyir.
Valideynlərin yalnız 16%-i övladlarının orta ixtisas təhsili alması ilə məhdudlaşmasına hazırdır.
4% məktəb səviyyəsini kafi hesab edir, 3% buna əhəmiyyət vermir.