Azedu.az

Peşə məktəbini bitirənlər də subbakalvr kimi ali məktəbə sənəd verə bilər? - CAVAB

Kolleclər

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

1 May 2023, 10:02
Peşə məktəbini bitirənlər də subbakalvr kimi ali məktəbə sənəd verə bilər? - CAVAB

Kolleci bitirən və universitetə daxil olmaq istəyən şəxslər subbakalvr hesab olunur. Onlar könüllü şəkildə həm qəbul imtahanında iştirak edərək, həm də etmədən universitetə qəbul oluna bilərlər.

Bəs peşə məktəbini bitirənlər necə, onlar da subbakalvr kimi sənəd verə bilərmi?

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumatda bildirilib ki, peşə məktəbini bitirən məzunlar da kollec məzunları kimi eyni hüquqlara malikdirlər:

 

“Orta ixtisas təhsili pilləsi və ya yüksək texniki peşə təhsili səviyyəsi üzrə "subbakalavr" peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanlarında İştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox