Azedu.az

Kolleclərdə oxuyan tələbələrə də möhlət hüququ verilsin – TƏKLİF

Kolleclər

14 Mart 2023, 10:26
Kolleclərdə oxuyan tələbələrə də möhlət hüququ verilsin – TƏKLİF

Kolleclərə qəbul olunan oğlanlara ali məktəblərin bakalavr səviyyəsindəki kimi təhsil almaları üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi təklifi səsləndirilib.

AzEdu.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Adil Vəliyev çıxış edib.

“Kolleclərə  qəbul olunan oğlanlara da möhlət hüququ verilsə və təhsilini bitirdikdən sonra onlar üçün də əsgərlik  1 il olsa, problemin müəyyən bir faizi həll edil olar”, - deyə o bildirib.

Xatırladaq ki, ali məktəblərə qəbul olunan tələvbələrdən fərqli olaraq, kollecdə oxuyan gənclərə hərbi xidmətdən möhlət hüququ verilmir. Onlar təhsil aldıqları müddətdə 18 yaşı tamam olarsa, əsgər aparılır. Bəzi ekspertlərin fikrincə, bu, həmin gənclərin təhsil almaq istəyinə mənfi təsir göstərir.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox