Azedu.az

Gəncədə kollecdə baş verən yanğının səbəbi açıqlandı

17 Yanvar 2023, 10:07
Gəncədə kollecdə baş verən yanğının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin (GDU) Regional Kollecində yanğın baş verib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ilkin araşdırma zamanı hadisənin qısaqapanma nəticəsində baş verməsi, yaranmış tüstüdən 14 nəfərin zəhərlənməsi müəyyən edilib. Hazırda həmin şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK
Son xəbərlərDaha çox