Azedu.az

Kolleclərin boş qalan yerlərinə qəbul olunmuş abituriyentlərin siyahısı dərc edildi

5 Sentyabr 2018, 10:28
Kolleclərin boş qalan yerlərinə qəbul olunmuş abituriyentlərin siyahısı dərc edildi

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışını çap etdirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, nəşrdə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olunmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. barədə məlumatlar Azərbaycan və rus dillərində təqdim edilir.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə əldə etmək mümkündür (//eservices.dim.gov.az/ejurnal/ ).

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox