Azedu.az

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə qəbul olanların qeydiyyatı başlayıb

Kolleclər

24 Avqust 2018, 09:24
     Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və kolleclərə qəbul olanların qeydiyyatı başlayıb

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə  qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

 
 
HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox