Azedu.az

Kolleclərin ( 11 illikdən) boş qalan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

23 Avqust 2018, 15:40
Kolleclərin ( 11 illikdən) boş qalan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

11 illikdən kolleclərə qəbul üzrə isə boş qalan yerlərə ixtisas seçimi sentyabr ayının 1-dən başlayacaq.

AzEdu.az  xəbər verir ki, seçim 5 sentyabr 23:59-dək davam edəcək.

Boş qalan yerlərin sayı isə 147 -dir. Onlardan 124 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Xüsusi qabiliyyət imtahanı tələb etməyən 23 vakant yerin 2-si gözdən əlillər üçün idman və müalicə masajı, 21-i isə Bakı İdarəetmə və Texnologiya Kollecinə aid ixtisaslar üzrədir. Bu ixtisaslarda ödənişli əsaslarla qiyabi təhsildir.

11 illikdən kolleclərin boş qalan yerlərinə qəbul olanların təhsil müəssisələrində qeydiyyatı isə 7-12 sentyabr aralığında aparılacaq.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox