Sabah “Abituriyent” jurnalının 9 və 10-cu nömrələrini əldə edə biləcəksiniz.
AzEdu.az DİM-ə istinadən məlumat verir ki, avqustun 24-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 9-cu sayında (elektron versiyada, pdf şəklində) Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
Tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə “Abituriyent” jurnalının 10-cu sayı isə həmin gün (günün ikinci yarısında) dərc olunacaq.
“Abituriyent” jurnalının 9-cu sayının elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə biləcəksiniz (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).
Jurnalın 10-cu sayını isə aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq mümkün olacaq:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.