Azedu.az

Bu şəxslərin əmri qəbul olduqları təhsil müəssisəsinə göndərilməyəcək-DİM-dən VACİB xəbərdarlıq

13 Sentyabr 2021, 16:35
Bu şəxslərin əmri qəbul olduqları təhsil müəssisəsinə göndərilməyəcək-DİM-dən VACİB xəbərdarlıq
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir.
 
Qəbul olunmuş şəxslər 2021-ci il sentyabrın 10-dan 23-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
 
 
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.
 
 
DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.
 
Qeyd: Boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.
Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox