Azedu.az

11 illik bazada kolleclərə ixtisas seçimi bu tarixdə aparılacaq-DİM

6 Sentyabr 2021, 11:36
11 illik bazada kolleclərə ixtisas seçimi bu tarixdə aparılacaq-DİM

Ali təhsil müəssisələrinin boş qalan yerlərinin seçimi ilə 11 illik bazada kolleclərin seçimi eyni vaxtda aparılacaq.

 

Boş qalan yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. AzEdu.az DİM-ə istinadən xəbər verir ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox