Bu gündən etibarən 30 avqusta kimi ali təhsil təhsil müəssisələrinə bütün qruplar üzrə ixtisas seçimləri aparılır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar yekunlaşdıqdan, ali təhsil müəssisələrinə ixtisas seçimləri başa çatdıqdan sonra kolleclərə ixtisas seçimlərinə start veriləcək.
Bununla bağlı ən çox verilən suallardan biri də 9 illik bazadan kolleclərə ixtisas seçimlərinə hansı abituriyentlərin buraxılacağı ilə bağlıdır.
AzEdu.az DİM-in məlumatına əsasən xəbər verir ki, 9 illik bazada kolleclərin ixtisas seçiminә ümumi balı 50-dәn, Azәrbaycan dili vә ya rus dili fәnni üzrә balı 20-dәn vә riyaziyyat fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr buraxılırlar.
Xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı 50-dәn az olmayan (fәnlәr üzrә bal mәhdudiyyәti qoyulmur) vә müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar. “Xoreoqrafiya sәnәti” vә “Rәqs müәllimliyi” ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan (fәnlәr üzrә bal mәhdudiyyәti tәtbiq edilmir) az olmayan abituriyentlәr iştirak edә bilәrlәr.
Qeyd edək ki, kolleclərə ixtisas seçimi, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimləri ilə birlikdə aparılacaq.