2021-ci ildə keçirilən buraxılış və qəbul imtahanları yekunlaşıb. Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanların keçirilməsi nəzərdə tutulub.
Kolleclərə müsabiqə şərtlərində hər hansı dəyişiklik edilibmi?
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, müsabiqədə şərtlərində heç bir dəyişiklik edilməyəcək.
AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən 9 və 11 illik bazada kolleclərə müsabiqə şərtlərini və fənlər üzrə qoyulan nisbi bal tələblərini təqdim edir:
9 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.