Azedu.az

Ən çox müraciət olunan kolleclərin müxtəlif ixtisaslar üzrə keçid balları

Kolleclər

12 İyul 2018, 17:53
Ən çox müraciət olunan kolleclərin müxtəlif ixtisaslar üzrə keçid balları

Dövlət İmtahan Mərkəzi 10 iyulda əvvəlki illərin məzunları üçün V ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. Hazırda abituriyentləri ən çox maraqlandıran məsələlərdən biri bu ixtisas qrupunda kolleclər üzrə ötən il formalaşan minimal keçid ballarıdır.

AzEdu.az bunu nəzərə alaraq, “DİM-ə istinadən, XI sinif üzrə 2017-ci tədris ilində kolleclər üzrə formalaşmış keçid ballarını mərhələli şəkildə  diqqətə çatdırır:

Bakı İdarəetmə və Texnologiya Kollecinə ötən ilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ödənişsiz əsaslarla mühasibat uçotu 60, kompüter şəbəkələri 65, kompüter şəbəkəsinin və hesablama texnikasının təmiri və servis xidməti 62, avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı 61, informasiyanın işlənməsinin və idarəetməsinin avtomatlaşdırılmış sistemləri 59,informasiya texnologiyaları sistemləri 63, turist, mehmanxana təsərrüfatının təşkili və idarəedilməsi 60 bal təşkil edib. Ödənişli əsaslarla komputer şəbəkələri əyani 58, qiyabi 54, kompüter şəbəkəsinin və hesablama texnikasının təmiri və servis xidməti əyani 55, qiyabi 51, avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı əyani 55, qiyabi 50, informasiyanın işlənməsinin və idarəetməsinin avtomatlaşdırılmış sistemləri 53, informasiya texnologiyaları sistemləri 54, turist, mehmanxana təsərrüfatının təşkili və idarəedilməsi 55 bal təşkil edib.

Azərbaycan Dövlət Pedoqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə ötən ilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ödənişsiz əsaslarla texnologiya müəlliyimliyi 63, ailə və ev təhsili 62, məktəbəqədər təlim və tərbiyə 67, fiziki tərbiyə müəllimliyi 52 (xüsusi qabiliyyət tələb edir) bal təşkil edib. Ödənişli əsaslarla texnologiya müəlliyimliyi 57, ailə və ev təhsili 57 , məktəbəqədər təlim və tərbiyə 59, fiziki tərbiyə müəllimliyi ( xüsusi qabiliyyət tələb edir) 32 bal təşkil edib.

I nömrəli Bakı Tibb Kollecinə ötən ilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ödənişsiz əsaslarla müalicə işi 76, mamalıq işi 74, əczaçılıq 72, tibb bacısı işi 70, idman və müalicə masajı ( gözdən əlillər üçün) 30, ödənişli əsaslarla müalicə işi 66, mamalıq işi 64, əczaçılıq 62, tibb bacısı işi 62 bal təşkil edib.

2 nömrəli Bakı Baza Tibb Kollecinə ötən ilki müsabiqədən sonra formalaşmış keçid balları:

Ödənişsiz əsaslarla müalicə işi 76, mamalıq işi 73, tibbi profilaktika 67, ortopedik stomotologiya 69, əczaçılıq 71, tibb bacısı işi 70, labaratoriya diaqnostikası 69, ödənişli əsaslarla müalicə işi 67, mamalıq işi 65, tibbi profilaktika 61, ortopedik stomotologiya 62, əczaçılıq 62, tibb bacısı işi 62, labaratoriya diaqnostikası 61bal təşkil edib.

Növbəti yazımızda digər kolleclər üzrə formalaşan keçid ballarına da  yer veriləcək.

Qeyd edək ki, 11 illik bazada kolleclərin ixtisas seçimi 16- 20 avqust tarixlərində aparılacaq. İxtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur) az olmayan abituriyentlər buraxılırlar

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox