Azedu.az

  Maliyyə-İqtisad Kollecinə sənəd qəbulu aparılır  

6 Oktyabr 2020, 17:23
  Maliyyə-İqtisad Kollecinə sənəd qəbulu aparılır  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Maliyyə-İqtisad Kollecinə 2020/2021-ci tədris ili üzrə sənəd qəbulu aparılır.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, sənəd qəbulu prosesinin reallaşdırılması üçün universitetdə onlayn proqram təminatı hazırlanıb.

 

Abituriyentlər müvafiq sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq tələbə kabineti qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər. Sənədlərin elektron versiyasını sistemə yükləməzdən öncə təlimat və videomaterialla tanışlıq tövsiyə olunur.

Sənəd qəbulu oktyabrın 12-dək davam edəcək.

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox