9 illikdən kolleclərə qəbulda illik təhsil haqları bir neçə kollec üzrə artırılıb. Aşağıda qeyd edirəm.
Dövlət Kollecləri:
1. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-iqtisad Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il olub 900 manat.
2. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 500 manat olduğu halda bu il olub 600 manat.
3. Bakı Qida Sənaye Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 600 manat olduğu halda bu il olub 800 manat.
4. Azərbaycan Texinki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il olub 800 manat.
5. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda bu il olub 800 manat.
Özəl kolleclər üzrə:
1. Bakı Biznes və Kooperasiya Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 950 manat olduğu halda bu il olub 1100 manat.
2. Qərbi Kaspi Universitinin nəzdində olan Kollecin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 600-700 manat olduğu halda bu il olub 890-1190 manat.
Axı niyə? Məgər pandemiya, karantin, işsiz əhali və s. kimi məsələləri siz görmürsünüz? Təhsil haqlarında endirim etmək əvəzində niyə qaldırmısınız?
Elçin Əfəndi