Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kənd sakini boğulub.
AzEdu.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub.
Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu iş aparır.
Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir. (Report.az)