Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 11:45-dək sənəd verən şagirdlərin sayı 58022 nəfərdir. Onlardan 55185 nəfəri Azərbaycan, 2837 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.
Qeyd edək ki, orta ixtisas müəssisələrinə sənəd qəbuluna mayın 12-dən başlanıb. Sənəd qəbulu bu gün başa çatmalı idi. Ancaq DİM tərəfindən sənəd qəbulu iyunun 9-u saat 23:59-dək uzadılıb.