2018-ci ildə tam orta təhsil bazasına tələbə qəbulunda Gəncə Musiqi Kollecinə ayrılan plan yerlərinin təxminən 50%-ə qədəri boş qalıb.
AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.
Məlumatda bildirilir ki, tam orta təhsil müəssisələrinin 10-da plan yerləri 100% dolub. 35 orta ixtisas təhsili müəssisəsində boş qalan yerlər 10 faizədəkdir, 9-da isə 10%-dən yuxarıdır. Bunların əksəriyyəti bölgələrdə yerləşən orta ixtisas təhsili müəssisələridir.
Gəncə Musiqi Kollecinə tam orta təhsili bazasında tələbə qəbulunda plan yerlərinin 47.50%-i boş qalıb. Respublika üzrə bütün tibb kolleclərində plan yerlərinin dolma faizi 98.67%-dən yuxarı olub.