Azedu.az

Kolleclərə qəbul olunanların qeydiyyatı başa çatdı

Kolleclər

11 Sentyabr 2019, 17:05
Kolleclərə qəbul olunanların qeydiyyatı başa çatdı

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçiblər. 

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndirilir və onlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox