11 illik orta təhsil bazasında kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.
Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.
Sentyabrın 3-ü saat 11:23-ə qədər olan məlumatlara əsasən, 2.648 nəfər ərizəsini təsdiq edib.
Xatırladaq ki, seçim sentyabrın 4-ə qədər davam edəcək.